Gürcüstan vətəndaşı sərhədimizi pozub
08.08.2019
Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədi pozulub.
DSX-dən verilən məlumata görə, hadisə avqustun 7-də baş verib.
Belə ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Ağstafa rayonunun Ağgöl kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmuş Gürcüstan vətəndaşı 1973-cü il təvəllüdlü Temur Şaraşidze sərhəd pozucusu qismində saxlanılıb.
Fakt üzrə cinayət işi qaldırılıb, zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.