ABŞ səfiri istefa verdi
07.08.2019
ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman istefa ərizəsi yazıb.
Xəbər verildiyi kimi, səfir artıq istefa ərizəsini ABŞ Prezidenti Donald Trampa göndərib.
Bildirilir ki, Hantsman səfir postunu 3 oktyabrda tərk edəcək.
"Mən öz səlahiyyətlərimi sələfimə ötürdüm. Bu qərar bizim xarici siyasətimizə böyük diqqət yetirilməsinə zəmanət verir”, - Hantsman deyib.
Qeyd edək ki, Hantsman 2017-ci ilin oktyabrından ABŞ-ın Rusiyadakı səfiri olaraq çalışır.