21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Fazil Mustafa: Bu savaş Azərbaycanın ziyanınadır

07.08.2019

"ABŞ-ın İran siyasətindən də baş açmaq olmur. İran masaya oturmaq istəyir, ABŞ hər dəfə də bir bəhanə ilə bu danışıqlardan imtina edir”.
Xəbər verildiyi kimi, bunu Milli Məclisin İnsan hüquqları, həmçinin, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa deyib.
Millət vəkili bildirib ki, bütün hallarda İranla savaş ən çox Azərbaycanın ziyanınadır: "Çünki bölgədə xaosun yaranmasından ən çox əziyyət çəkən azərbaycanlılar, ümumilikdə isə müsəlmanlar olacaq. Azərbaycan hakimiyyəti əslində öz ərazisinin İrana qarşı hərbi plasdarma çevrilməsinə imkan verməməklə ən doğru siyasət yürütməkdədir. İndi İranda iqtisadi durum da ağırlaşır, bunun da zərbəsi qonşu ölkə kimi yenə də bizə dəyəcək. Səhiyyə və xırda ticarətlə məşğul olan Azərbaycan əhalisinin müəyyən bir qismi öz tələbatını bu ölkə ilə ödəyir. Ona görə də ABŞ-ın İrana hücum etməməsi üçün biz də diplomatik səylərimizi artırmalıyıq”.