Türkiyədən Makrona sərt cavab: "Onlar ikiüzlüdür..."
16.04.2018
Türkiyə hökuməti Fransa Prezidenti Emmanuel Makronun "Türkiyə ilə Rusiyanı ayırdıq” ifadəsinə sərt reaksiya verib.
"Dövran Media" xəbər verir ki, bu barədə Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ çıxış edib.
"Nə Rusiya, nə də ABŞ-la eyni hədəfə qaçırıq. Qərbin mövqeyi ikiüzlüdür, bizim siyasətimiz doğrunun yanındadır”, - Bozdağ bildirib.
Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron Suriya əməliyyatı ilə Türkiyə və Rusiyanı ayırmağa nail olduqlarını açıqlamışdı.
Türkiyə, Rusiyadan fərqli olaraq, ABŞ və müttəfiqlərinin Suriyaya zərbə endirməsini dəstəkləmişdi.