Sui-qəsdi o sifariş edib - Madurodan İDDİA
07.08.2019
Venesuela Prezidenti Nikolas Maduro 2018-ci ildə ona qarşı sui-qəsd əmri verən şəxsin adını açıqlayıb.
Bu barədə RİA yazıb.
Maduro sui-qəsdlə bağlı ABŞ Prezidenti Donald Trampı ittiham edə bilməyəcəyini qeyd edib.
"Məndə sui-qəsdin Ağ Evdən Con Boltonun göstərişi əsasında təşkil edilməsinə dair sübutlar var”, - Maduro bildirib.
O, həmçinin Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisinin kriminal obraza və qatil düşüncəsinə sahib olduğunu bildirib.