03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Müharibəyə hazırıq - Millət vəkili

06.08.2019

Paşinyanın Qarabağı Ermənistan hesab etməsi siyasi sərsəmlikdir və hər gün azalan reytinqinin yüksəlməsi üçün daxili auditoriyaya etdiyi populist müraciətdir.
Bu sözləri açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. O, Paşinyanın bu açıqlamasının Ermənistanın işğalçı dövlət olmasını sübut etdiyini söyləyib:
"Paşinyan dediyi sözlərə özü belə inanmır. Aprel döyüşlərindən sonra nəinki Qarabağda, hətta Ermənistanda da təhlükəsiz yaşamağın mümkün olmadığını bütün ermənilər dərk edir. Çünki Ermənistan süni dövlət kimi məhz Azərbaycanın tarixi torpaqlarında yaradılıb. O torpaqların isə hər qarışının sahibi var və gec-tez öz torpaqlarımıza qayıdacağıq. Ancaq hazırkı vəziyyətdə bir ölkənin rəsmi baş nazirinin başqa ölkənin torpaqlarını özününkü hesab etməsi və oraya gəlməsi beynəlxalq hüququn pozulması, eyni zamanda, Ermənistanın işğalçı dövlət olmasının sübutudur” .
Millət vəkilinin sözlərinə görə, Paşiyanın belə məsuliyyətsiz sözləri və davranışları ATƏT-in Minsk Qrupu və onun həmsədrləri tərəfindən təcili olaraq qınanılmalı və çəkindirici tədbirlərə əl atılmalıdır:
"Əks təqdirdə bu cür davranışlar müharibə səbəbidir və Azərbaycan bunu etməyə həm iqtisadi, həm də hərbi-siyasi qüdrəti ilə hazırdır. Ermənilərin heç gözləmədikləri bir vaxtda ildırımsürətli bir həmlə paşinyanların siyasi təlxəkliyinə birdəfəlik son qoya bilər. Ona görə də yaxşı olar ki, həm ATƏT-in Minsk Qrupunun həmsədrləri, həm də Ermənistanda rasional düşünməyi bacaran daxili siyasi aktorlar vəziyyəti düzgün qiymətləndirib, problemin həlli ilə bağlı konkret addımlar atsınlar” .