Ərdoğan: Terror bataqlığını qurudacağıq
06.08.2019
"Türkiyə NATO-nun müttəfiqi kimi, Alyansdan müttəfiqliyə yaraşan addım atmağı gözləyir”.
Bunu Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğan ölkəsinin səfirləri ilə görüşdə çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyə beynəlxalq təşkilatlarda öz üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirir.
Türkiyə Prezidenti qeyd edib ki, Suriyanın şimalında terror bataqlığının qurudulması əsas hədəfdir: "Əgər biz bu gün lazım olanı etməsək, gələcəkdə bunun bədəlini ağır şəkildə ödəyə bilərik. "Fərat qalxanı” və "Zeytun budağı” hərbi əməliyyatları çox yaxında fərqli bir mərhələyə keçəcək. Beləliklə də Suriyada barış dəhlizi yaratmış olacağıq. Həm ölkəmizi, həm də Avropanı suriyalı qaçqınların köçündən xilas edəcəyik”.