"Bakı-Tbilisi-Qars Asiya üçün “Avropaya pəncərə”dir" - Türkiyə
06.08.2019
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Asiya üçün "Avropaya pəncərə"dir.
Bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir bildirib ki, BTQ ən vacib nəqliyyat layihələrindən biridir: "Bakı-Tbilisi-Qars Çindən Avropaya yük nəqli prosesini asanlaşdıracaq".