Qazaxıstan səfiri Bakını tərk etdi
06.08.2019
Qazaxıstanın ölkəmizdəki səfiri Beybit İsabayev Azərbaycanı tərk edib.
O, Qazaxıstana yola düşüb.
Qeyd edək ki, ötən ay B. İsabayev ölkə prezidentinin parlamentdəki nümayəndəliyinin rəhbəri təyin edilib. Bununla bağlı Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev müvafiq fərman imzalayıb. B. İsabayev bu vəzifədə Kayrat Nurpeyisovu əvəzləyib.
B. İsabayevin yerinə təyinat olmayıb. Onun vəzifəsini səfirin müşaviri Darxan Kuşerbayev icra edir.
Xatırladaq ki, B. İsabayev Azərbaycanda 2015-2019-cu illərdə çalışıb. Bundan öncə o, Qazaxıstanın Qırğızıstandakı, Pakistandakı və Türkiyədəki səfiri vəzifəsində fəaliyyət göstərib.