Türkiyə ABŞ-a qarşı 14 gəmi göndərdi
16.04.2018
Türkiyə Dəniz Qüvvələri Komandanlığı Əsəd bəhanəsi ilə Aralıq dənizində yerləşməyə çalışan ABŞ, Britaniya, Fransa və təxribatları artıran Afinaya qarşı tədbir görüb.
"Dövran Media" xəbər verir ki, komandanlıq dənizlərdəki hərəkətliliyi 24 saat nəzarət altına saxlamağa başlayıb.
Bölgədə atılan hər addımı diqqətlə izləyən Türkiyə donanması Aralıq dənizinin şərqi və Egey dənizi istiqamətində nəzarəti artırmaq üçün əraziyə 2 sualtı qayıq və 12 döyüş gəmisi cəlb edib.