Koreya qadağan edilmiş raketin sınağını keçirdi
06.08.2019
Şimali Koreya BMT Təhlükəsizlik Şurası tərəfindən qadağan edilmiş yaxın mənzilli ballistik raketin sınaqlarını keçirməkdə ittiham olunub.
Bu iddia ilə Cənubi Koreyanın Qərargah Rəislərinin Birləşmiş Komitəsi çıxış edib.
Cənubi Koreyanın hadisə ilə bağlı ətraflı təhlil apardığı qeyd edilib.
"Koreya Respublikasının Milli Kəşfiyyat Agentliyi ehtimal edir ki, yaxın mənzilli ballistik raket sınağı keçirilib”, - bəyanatda deyilib.