02 02 2025-cu il Bakı 9 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Tanınmış aktyorun səhhəti ağırlaşdı

05.08.2019

Xəbər verdiyimiz kimi, aktyor Allahverdi Yolçuyev parkinson xəstəliyindən əziyyət çəkir.
Publika.az-a açıqlama verən aktyor səhhətinin hazırkı vəziyyətindən danışıb:
"2 il əvvəl əlim əsməyə başladı. Əsəblə bağlı xəstəlikdir. Müalicə etsəm də, heç bir xeyri olmadı. Bildiyiniz kimi parkinson xəstəliyinin müalicəsi yoxdur, sadəcə digər orqanlara keçməsinin qarşısı alına bilər. Əgər qarşısı alınmazsa, xəstəlik növbəti mərhələdə əllər və ayaqlarda yarana bilər. Xəstəliyin aradan qaldırılması üçün bildiyim qədəri ilə beyində əməliyyat edilir. Lakin bu əməliyyat xaricdə aparılır və çox bahadır”.
Heç yerdə işləmədiyini deyən aktyor onunla yalnız tanışlarının maraqlandığını qeyd edib.