Yenə də zəlzələ: 5 bal gücündə...
05.08.2019
İndoneziyada dəhşətli yeraltı təkanlar qeydə alınıb.
Xəbər verildiyi kimi, yerli vaxtla səhər saat 05:10-da Sumatra adasında 5 bal gücündə zəlzələ meydana gəlib.
Zəlzələnin episentri yerin 28,3 km dərinliyində olub.
Tələfat və fəsadla bağlı məlumat yoxdur.
Qeyd edək ki, ötən həftə Sumatra adası 7 bal gücündə zəlzələ ilə silkələnmişdi.