“Bakı Metropoliteni” xəttə 2 yeni qatar buraxacaq
05.08.2019
Bu barədə "APA-Economics”ə QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, artıq bu gündən etibarən qatarların tənzimləmə işlərinə başlanılıb, bu işlər bitdikdən sonra sınaq tənzimləməsi aparılacaq və qatarlar xəttə buraxılacaq.
"Avqustun sonunda daha 2 qatar Rusiyadan Azərbaycana yola salınacaq. Hazırda istehsal prosesi yekunlaşmaq üzrədir. Beləliklə, yeni qatarların ümumi sayı 11 olacaq ki, bu da yeni tədris mövsümündə sərnişin daşımalarda əhəmiyyətli dərəcədə hiss olunacaq”, - deyə B. Məmmədov bildirib.
Qeyd edək ki, qatarlar Rusiyanın "Metrovaqonmaş" şirkəti tərəfindən istehsal olunur.