21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Nikol Ermənistanda sirr qoymadı...

05.08.2019

"Nikol Paşinyan Ermənistanda heç bir sirr qoymadı. Serj Sarkisyanın hakimiyyəti dövründə 2016-cı ilin aprel savaşı haqqında danışmırdılar, bu mövzuya qeyri-rəsmi qadağa var idi. Nikol Paşinyan isə Ermənistanda inqilab yoluyla hakimiyyətə gələr-gəlməz ordudakı korrupsiyadan danışmağa başladı”.
Xəbər verildiyi kimi, bu barədə "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. Politoloq N. Paşinyanın parlamentdə aprel savaşını tədqiq etmək məqsədilə komissiyanın yaradılmasını təklif etdiyini xatırladıb:
"Əslində Paşinyan bu təklifi ilə aprelin Ermənistan üçün ağır nəticələrinə işarə edirdi. Daha sonra Paşinyana yaxın deputatlardan biri aprel savaşında Ermənistanın itkilərinin 500-ü aşdığını vurğuladı. Halbuki, itkilər mövzusu da Ermənistanda tabu idi.
Nikol Paşinyan növbəti sirrin üstünü açıb. Sən demə 2014-cü ildə Ermənistan hakimiyyəti üçün hazırlanan gizli hesabatda dövlət strukturlarının faciəvi durumda olduğu bildirilib. Əgər Serj Sarkisyan bu hesabatı gizli saxlayırdısa, Nikol Paşinyan gizliliyə ehtiyac duymayıb və yazdığı statusda məsələnin üstünü bu şəkildə açıb:
"Bu hesabatı oxuyanda bu nəticəyə gəlirsən ki, Ermənistanda heç bir problemi həll etmək mümkün deyil. Dövlət strukturları "paraliç” vəziyyətindədir və bunda keçmiş hakimiyyət günahkardır. Dövlətimiz uğursluğa düçar olub”.
Nikol Paşinyan durumun ağırlıığı haqqında fikirlərini davam etdirərək ölkədə insanların problemlərini həll edəcək strukturların qalmadığını etiraf edib. Paşinyanın fikirlərini tamamlayan bir başqa acı etirafı da diqqəti çəkir: "Hakimiyyətə gələndə elə bilirdim ki, heç olmasa işləyə bilən qurumlarımız var. Ancaq işin gedişatında anladım ki, yanılmışam, vəziyyət acınacaqlıdır. Biz dövlət institutlarını sıfırdan yaratmağa başlamalıyıq””.
Erməni baş nazirin bu məqamları faş etməsinin səbəblərini izah E. Şahinoğlunun fikrincə, Nikol Paşinyan keçmiş hakimiyyətin yarıtmaz fəaliyyətindən dolayı vəziyyətin acınacaqlı olmasını öz xeyrinə çevirmək istəyir:
"O, bunları cəmiyyətə ona görə çatdırır ki, vətəndaşlar baş nazirdən yaxın zamanda problemlərin həllini gözləməsinlər. Paşinyan onu da izah etməyə çalışır ki, əlindəki resurslar islahatları sürətləndirməyə və müsbət nəticə əldə etməyə imkan vermir.
Nikol Paşinyanın bu etirafları bizim üçün müəyyən ipucları verir. Ermənistanın dövlət strukturlarının acınacaqlı durumuna baxmayaraq, ermənilərin öz düşüncələrində yeganə uğurları Azərbaycan torpaqlarını işğal altında saxlamalarıdır. Ancaq bu da onlara baha başa gəlir, işğal həm böyük maliyyə, həm də insan itkisi tələb edir. Elə Paşinyanın dili ilə desək, Ermənistan dövlətinin uğursuzluğa düçar olmasının başlıca səbəbi işğalla əlaqəlidir. İndi bizdən tələb olunan odur ki, bunu Paşinyana daha geniş şəkildə anladaq. Bu izahın siyasi, iqtisadi və hərbi yolları var”.