30 əsgər xərçəngə yoluxdu - səbəbi
05.08.2019
İsrailin "Dəmir Qübbə” hava hücumundan müdafiə sistemində işləyən 30 nəfər xərçəngə yoluxub.
Xəbər verildiyi kimi, bu iddianı İsrailin "Kanal 13” telekanalında işləyən jurnalist Adama Şefr tvitter hesabında yazıb.
Jurnalist tələb edib ki, israilli əsgərlərin hava hücumundan müdafiə sistemində işləməsi ilə xəstəliyə yoluxması arasında bağlılığın olub-olmaması araşdırılsın.
İsrail məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Qeyd edək ki, "Dəmir Qübbə” qısamənzilli raketlərə qarşı istifadə edilir.