Yeni hərbi-kosmik qüvvə - Yaponiya
05.08.2019
Yaponiya hökuməti 2020-ci ilə qədər hərbi-kosmik qüvvələr yaratmaq niyyətindədir.
Xəbər verildiyi kimi, bu məlumatı "İomiuri” qəzeti yayıb.
Məlumata görə, belə qüvvələrin yaradılmasının əsas səbəbi ABŞ, Rusiya və Çinin kosmosda fəallaşması, eləcə də bundan müdafiə məqsədiylə istifadəni aktivləşdirmələridir.
"Yeni bölmələrin yaradılmasında əsas məqsəd digər dövlətlərin peyklərindən gələcək hücumların qarşısını almaqdır”, - məlumatda bildirilib.