İranda güclü zəlzələ: ölən və yaralananlar var
05.08.2019
Ötən gecə İranın cənub-qərbində Kohgiluyə və Buyir-Əhməd vilayətində 5,2 bal gücündə zəlzələ baş verib.
"Dövran Media" Trend-ə istinadən xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi deyib.
M.Səliminin sözlərinə görə, zəlzələ vilayətin bir çox rayonunda güclü şəkildə hiss olunub. Zəlzələ Gəçsaran rayonunda dağ uçqunu və mənzillərin divarlarının çatlamasına gətirib çıxarıb.
Zəlzələ nəticəsində Gəçsaran rayonunda beş nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Xatırladaq ki, 8 iyulda İranın cənub-qərbində Xuzistan vilayətində 5,7 bal gücündə baş verən zəlzələ nəticəsində 1 nəfər həlak olub, 112 nəfər yaralanıb.