Rusiyada azərbaycanlı jurnalistə yüksək vəzifə verildi
05.08.2019
Rusiyada jurnalist kimi fəaliyyət göstərən həmyerlimiz Şəhriyar İmanbəyli media sahəsində yüksək vəzifəyə təyin edilib.
Xəbər verildiyi kimi, gənc jurnalist Rusiyanın "Vostok” Media Holdinqinin vitse-prezidenti seçilib. O, həmçinin, həmin media holdinqin tərkibindəki "Vostok" telekanalının icraçı direktoru vəzifəsini yerinə yetirəcək.
"Vostok” Media Holdinqə vitse-prezident təyin edildim. Eyni zamanda həmin holdinqə aid və 2 milyondan çox abunəçi izləyicisi olan "Vostok" telekanalının icraçı direktoru vəzifəsini yerinə yetirəcəyəm. Mənə bu etimadı göstərdiyi üçün başda "Vostok” Media Holdinqin sahibi və prezidenti Valeri İlişayevə dərin təşəkkürümü bildirirəm", - Şəhriyar İmanbəyli deyib.