Qolaltı qaralmasına qarşı məlhəm
03.08.2019
Qolaltı tüklərin necə təmizlənməsindən asılı olmayaraq zamanla qaralır. Estetik baxımdan xoş görünməyən qaralmış qolaltlarını necə təmizləmək olar?
Qolaltlarının qaralmasının bir çox səbəbi ola bilər: təraşla təmizləmək, klimaks dövrü, hormonal dəyişikliklər, kosmetik məhsullar və ya köklük kimi problemlər. Eyni zamanda genetik yollarla da insana miras qala bilər.
Dermatoloq Şiil Desai Solomon qadınların çoxunun qolaltlarını səhv təraş etdiyini söyləyib və bunları əlavə edib:
"Quru dəriyə təraş bıçağı tətbiq etmək həm qolaltının qaralmasına, həm də tüklərin daha qalın çıxmasına səbəb olur. Bu da vəziyyəti daha da çətinləşdirir. Bir xörək qaşığı limon suyu və bir xörək qaşığı aloe veranı qarışdırın. Bu qarışığı qolaltlarına sürtün və 10 dəqiqə gözləyib sonra yuyun. Limon suyu dərini daha parlaq edəcək, aloe vera isə dəri sakitləşdirəcək və yumşaldacaq”./publika.az/