03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ölkəmizdə Feysbuk istifadəçiləri azalıb

03.08.2019

Bu ilin iyul ayında Azərbaycanda Feysbuk istifadəçilərinin fəallığı iyun ayı ilə müqayisədə 12,7 faiz bəndi azalıb.
APA-nın verdiyi məlumata görə, avqustun 1-nə Feysbukun Azərbaycanın sosial media bazarında payı 51,6% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 24 faiz bəndi çoxdur. Populyarlığına görə Feysbuk ölkənin sosial media bazarında birinci yeri tutur.
Sosial şəbəkələri arasında populyarlığına görə ikinci yerdə "Pinterest" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı iyul ayı ərzində 33,8 faiz bəndi artıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı cari ilin avqustun 1-nə 18,5% təşkil edib, bu da ötən ilin analoji göstəricisindən 2,1 dəfədən çoxdur.
Bu ilin iyul ayı ərzində ölkə üzrə Yutub şəbəkəsinin istifadəçilərinin fəallığı 6,1 faiz bəndi azalıb. Avqustun 1-nə olan məlumata əsasən, Yutub Azərbaycan sosial media bazarında 12,2% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 56,6 faiz bəndi azdır.
Digər sosial şəbəkələrin pay bölgüsü: Tvitter" – 9,51%, İnstaqram – 4,37%, VKontakte – 1,47%, Quql+ – 0,15% və s.