21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Tramp Londona xəbərdarlıq etdi

03.08.2019

ABŞ Prezident Administrasiyası rəqəmsal xidmətlər təklif edən böyük şirkətlərə vergi tətbiqinin dayandırılması ilə bağlı Britaniyaya xəbərdarlıq edib. 
Vaşinqton əks təqdirdə ABŞ-ın iki ölkə arasında imzalanması nəzərdə tutulan azad ticarət razılaşmasından imtina edəcəyi barədə xəbərdarlıq edib. Xəbər verildiyi kimi, bu məlumatı "Deyli Teleqraf” öz etibarlı mənbələrinə istinadən yayıb. Məlumata görə, bu xəbərdarlıq Britaniya hökumətinə bir neçə səviyyədə edilib.
Qeyd edək ki, 2% həcmində rəqəmsal verginin tətbiqiylə bağlı təklif Britaniyanın keçmiş maliyyə naziri Filip Hammond tərəfindən edilib. Bu təklifin 2019-cu ilin payızında Britaniya parlamentində müzakirəyə çıxarılması nəzərdə tutulub. Rəsmi London bunun sayəsində 2022-ci ilə qədər büdcəyə 486 milyon dollar vəsait cəlb etməyi planlaşdırıb. Britaniyanın yeni Maliyyə naziri Sacid Cavid bu məsələ ilə bağlı hələlik mövqeyini açıqlamayıb.