Ekzemanın müalicəsində İbn Sina metodu
02.08.2019
Hazırda ekzemanın hamı tərəfindən qəbul edilən bəlli müalicəsi yoxdur. Həkimlərin xəstələrə hormonal təsirli məlhəmlər təyin etməsi müvəqqəti yaxşılaşmaya səbəb olur.
Bu barədə həkim-fitoterapevt Esmira Zeynalova Aazərtac-a məlumat verərkən deyib. Onun sözlərinə görə, ekzemanın müalicəsində ən səmərəli üsullardan biri böyük loğman İbn Sinanın tətbiq etdiyi müalicə formasıdır: "50 qram çaşır kökü, 200 qram alma sirkəsi və 1 dolu xörək qaşığı bal qarışdırılır, hər gün çalxalanaraq qaranlıq və soyuq yerdə 2 həftə saxlanılır. Ondan istifadə etmək nəinki ekzema, hətta psoriaz, dəmrov, diatez və göbələk xəstəliklərində də çox faydalı nəticələr verir".