Turistlər şirkət seçərkən diqqətli olsunlar
02.08.2019
Azərbaycan Turizm Assosiasiyası (AZTA) turistləri şirkət seçimində daha diqqətli olmağa çağırır.
Xəbər verildiyi kimi, AZTA-nın rəhbəri Nahid Bağırovun sözlərinə əsasən, son zamanlar şirkətlərin keyfiyyətsiz və məsulliyətsiz fəaliyyətləri ilə bağlı assosiasiyaya daxil olan şikayətlərin sayı artır:
"Hazırda sektorda idarəetmə mexanizmlərinin olmaması turistlər üçün ciddi problemlər yaradır, eləcə də sektorun imicinə ziyan vurur. Bütün baş verənləri nəzərə alaraq, turistlərə şirkət seçərkən daha diqqətli olmağa, yalnız tanınmış və kifayət qədər müştəri bazası olan şirkətlərlə əməkdaşlıq etməyi tövsiyyə edirik”.