Dənizdə boğulan beş uşaq xilas edildi: ikisi reanimasiyadadır
02.08.2019
Şabran rayon Xəlilli kəndi ərazisində, dənizdə çimərkən boğulmaq təhlükəsi ilə üzləşən beş uşaq xilas edilib.
Verilən məlumata görə, xilas edilənlərdən ikisinin vəziyyəti ağır olduğundan Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Şabranın Uzunboyad kənd sakinləri olan 4 yaşlı Əhmədov Mikayıl Ağabəy oğlu və 12 yaşlı Zamanov İlqar Bəylər oğlu reanimasiya şöbəsinə yerləşdirilib.
Digər üç azyaşlı isə yaxınlarına təhvil verilib.