Paşinyan Qarabağa gəlir
02.08.2019
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olan ərazilərinə səfər edəcək.
Xəbər verildiyi kimi, bu haqda Paşinyan özünün "Facebook” səhifəsində yazıb.
O bildirib ki, Dağlıq Qarabağa gələcək və Xankəndinin mərkəzi meydanında geniş nitq söyləyəcək.
Paşinyanın qanunsuz səfəri avqustun 5-də başlayacaq "ümumerməni oyunları”nın açılış mərasimi ilə bağlıdır.