Kəşmirə on minlərlə polis göndərilir
02.08.2019
Hindistan Kəşmirə Polis Qüvvələrinin Mərkəzi Rezervindən 28 min hərbçi göndərib.
Xəbər verildiyi kimi, bu məlumatı "İndia Tudey” jurnalı yayıb. Məlumata görə, son dörd gün ərzində Kəşmirdə 281 hərbiləşmiş dəstə yerləşdirilib. Polis qüvvələrinin sayının artırılması bölgədə yaranan mümkün etirazlarla əlaqələndirilib. Bununla bərabər ordu bölmələri də tam hazırlıq səviyyəsinə gətirilib.
Hələlik bölgəyə əlavə qüvvələrin gətirilməsinin dəqiq səbəbi açıqlanmayıb. Maraqlıdır ki, əlavə qüvvələr Hindistan baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Adcit Dovalın Kəşmirdə kəşfiyyat nümayəndələri və təhlükəsizlik qüvvələri ilə görüşündən sonra yeridilib.