Yeni qaz tariflərini müəyyənləşdirilir
01.08.2019
Gürcüstanda təbii qazın istifadəsinə görə tariflər yenidən müəyyənləşdirilir.
Bu barədə Gürcüstan Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyası (GNERC) məlumat yayıb. Bildirilib ki, Gürcüstanda təbii qaz qiymətlərini müəyyən etmək üçün inzibati məhkəmə işinə başlanır və komissiyanın dekabrın 31-dək yeni tarifləri müəyyənləşdirməsi planlaşdırılır.
Yeni tariflər "Tbilisi Enerji" ("KazTransGaz"), "SOCAR Georgia Gas", eləcə də kiçik şirkətlərin təbii qaz təchizatı, paylanması, işlənməsi və istehlakı istiqamətində müəyyənləşdiriləcək.