Onları 70-ci illərin raketləri ilə vurduq - Bəşər Əsəd
15.04.2018
Suriya Prezidenti Bəşər Əsəd sovet silahlarını yüksək qiymətləndirdi.
"Dövran Media" xəbər verir ki, bunu Suriya səfər edən Rusiyadan olan deputatlar qrupunun tərkibində yer alan deputat Sergey Jeleznyak Əsədlə görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
"O, Rusiya silahının Suriyaya hücum edən təcavüzkarların silahlarından nə qədər üstün olduğunu dedi. Əsəd bildirdi ki, Suriya ABŞ təcavüzünün qarşısını 70-ci illərə aid sovet silahları ilə ala bilib. 90-cı illərdə ABŞ filmlərində sovet silahlarını geridəqalmış kimi göstərirdilər, indi isə biz görürük ki, kim geridə qalıb", - deyə o bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın əmri əsasında ABŞ, Fransa və İngiltərə aviasiyası Suriyada Bəşər Əsəd rejiminə məxsus hərbi obyektlərə ötən gecə aviazərbələr endirib.