ABŞ-dan ermənilərə daha bir zərbə
31.07.2019
ABŞ Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağa maliyyə yardımını azaltmağı planlaşdırır.
Bu barədə erməni politoloq Suren Sarkisyan deyib.Onun sözlərinə görə, bu maliyyə Qarabağda minaların təmizlənməsi üzrə USAİD tərəfindən ayrılırdı: "Maliyyənin azaldılması niyyəti özündə ciddi siyasi mesajı ehtiva edir. Mən ABŞ-da yaşayan dostlarımızı "Ay Data” erməni komitəsinin başladığı kampaniyaya qoşulmağa dəvət edirəm. Çünki bunun çox ciddi siyasi nəticələri olacaq. Həmçinin, hamımız bunun siyasi və hüquqi presedent yaradacağını da görəcəyik”.
Qeyd edək ki, ABŞ-ın Azərbaycana ayrılan maliyyə yardımının artırmaq qərarı da Ermənistanda ciddi narahatlıqla qarşılanıb.