"Kimyəvi silahdan istifadə birinci olmasa da, sonuncu olmalıdır" - bunu AK sədri Yunker deyir
14.04.2018
"Kimyəvi silahların istifadəsi heç bir halda qəbuledilən deyil və ən ağır şəkildə qınanmalıdır".
Bu barədə Avropa Komissiyasının sədri Jan Klod Yunkerin bəyanatında deyilir.
Bəyanatında ötən gecə ABŞ, Fransa və İngiltərə tərəfindən Suriyada hərbi əməliyyat həyata keçirildiyini xatırladan Yunker bildirib ki, beynəlxalq ictimaiyyət kimyəvi silahlardan istifadəyə görə məsul olan şəxsləri aşkarlamaq və onların cavab verməsinə çalışmaqi üçün məsuliyyət daşıyır: "Bu, birinci dəfə deyildi ki, Suriya rejimi vətəndaşlara qarşı kimyəvi silahdan istifadə edir, ancaq sonuncu olmalıdır".