İran milli valyutasından 4 sıfırı atır
31.07.2019
Xəbər verildiyi kimi, İran Mərkəzi Bankı rialdan 4 sıfırın atılması və əsas valyutanın tümənə çevrilməsinə dair qərar qəbul edib.
Prezident Həsən Ruhani Nazirlər Kabinetinin iclasında qərarı təsdiq edib.
Qeyd edək ki, İranda rial bank sektorunda işlənir, tümən isə xalqın istifadə etdiyi valyutadır.
Yeni qərarla mövcud 10 min İran rialı 1 tümən olacaq. 1 tümən isə yeni dövriyyəyə buraxılacaq 100 riallıq kağız pullara bərabər olacaq.