Müxalifət lideri xəstəxanalıq oldu
31.07.2019
İcazəsiz etiraz aksiyasında iştirak etmək çağırışlarına görə iyulun 24-də 30 sutkalığa həbs olunan Rusiya müxalifət lideri Aleksey Navalnı "allergiyaya reaksiya" diaqnozu ilə Moskvadakı 64 nömrəli xəstəxanaya yerləşdirilib.
Navalnının sözçüsü Kira Yarmış müxalifət liderinin alergiya reaksiyası nəticəsində üzünün şişdiyini və qızardığını bildirib.
Kira Yarmış Tvitter səhifəsində qeyd edib ki, Navalnı bazar günü səhər "kəskin alergiya reaksiyası" diaqnozu ilə xəstəxanaya gətirilib: "Alergiya reaksiyasının mənbəyi müəyyən edilməyib".
İnterfax agentliyi müxalifət liderinin xəstəxanada olmasını təsdiqləyib. Bildrilib ki, o, hazırda xəstəxanada - palatadadır, vəziyyəti qənaətbəxşdir.