11 04 2025-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Baş məşqçi postundan ayrılır

31.07.2019

Fransanın "Nant” klubunda baş məşqçi istefası gerçəkləşəcək.
Komandanın çalışdırıcısı Vahid Halilhodjiç yeni mövsümün startı öncəsi postunu tərk edəcək.
Buna səbəb Bosniya və Herseqovinadan olan baş məşqçi və klub rəhbərliyi arasındakı fikir ayrılığıdır. 67 yaşlı mütəxəssis heyətin komplektləşməsindən ciddi narazı qalıb. O, Liqa1-dəki uğurlu çıxış üçün 8-9 yeni futbolçunun transferini istəsə də, klub rəhbərliyi bunu gerçəkləşdirməyib.
Fransa çempionatına gələn həftəsonu start veriləcək. "Nant” ilk turda "Lill”ə qarşılaşacaq.
Qeyd edək ki, V.Halilhodjiç 2018-ci ilin oktyabrından "Nant”ı çalışdırır. Onun yetirmələri ötən mövsümü 12-ci pillədə başa vurub.