Əcinnə ovu sona yaxınlaşır - Tramp sevindi
31.07.2019
ABŞ-da demokratların Donald Trampın seçki qərargahının ünvanına Rusiya ilə razılaşma barədə ittihamlarından sonra açılmış məhkəmə işi bağlanıb.
Məhkəmə aparılan araşdırmalardan sonra ittihamçı tərəfin arqumentlərinin hüquqi çəkisi olmadığı haqda qərar qəbul edib.
ABŞ Prezidenti Donald Tramp məhkəmənin qərarını alqışladığını açıqlayıb.
"Həqiqətən də böyük hadisədir. Əcinnə ovu sona yaxınlaşır”, - Tramp bildirib.