İsrail İran bazasına zərbə endirdi - KİV
30.07.2019
İsrail aviasiyası Bağdad yaxınlığında içərisində İrana məxsus raketlərin olduğu "Əşrəf” hərbi bazasını vurub.
Bu barədə Səudiyyə Ərəbistanının "Şarkul Əvsət” qəzeti məlumat yayıb.
Bombardman zamanı İranın iki hərbi mütəxəssisi həlak olub.
İran tərəfi isə məlumatı təkzib edib. "Həşdi-Şabi” komandirlərindən olan Talib əl-Musəvi "Fars”agentliyinə açıqlamasında həmin bazadakı sursatların bəzilərini özlərinin partlatdıqlarını deyib.
Onun sözlərinə görə, baza ətrafında müşahidə olunacaq istənilən naməlum aviasiya vasitəsi vurulacaq.