Çavuşoğlu: NATO ilə problemimiz yoxdur
30.07.2019
NATO ilə heç bir problemimiz yoxdur. Baş katib və köməkçisinin də S-400-lərlə bağlı açıqlamalarından anladığımız kimi, bu sistemlər NATO üçün problem təşkil etmir.
Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
"Türkiyə bir çox sahədə NATO-nun fəaliyyətlərinə fayda verir. Bu məsələ heç bir NATO zirvəsində gündəmə gətirilməyib. S-400 alınması Türkiyə-NATO münasibətlərindən çox, Türkiyə-ABŞ münasibətləri ilə əlaqədar bir məsələdir”, - Çavuşoğlu bildirib.