21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

AİB Azərbaycana 295 milyon ayırır

30.07.2019

Asiya İnkişaf Bankı (AİB) 2020-2022-ci illərdə Azərbaycana 295 milyon dollar məbləğində kredit ayıracaq.
Plana əsasən, AİB makroiqtisadi dayanıqlığın təmin olunması, dövlət idarəçiliyinin səmərəliliyinin artırılması, infrastrukturun təkmilləşdirilməsi, kiçik və orta biznesin dəstəklənməsi, bank olmayan kredit təşkilatlarının inkişafı layihələri üçün kredit ayıracaq.
Hesabat dövründə bank, həmçinin Azərbaycana 5,8 milyon dollar məbləğində texniki yardım göstərəcək.
Bundan başqa, bank 2022-ci ildə Azərbaycana enerji, təhsil, infrastrukturun təkmilləşdirilməsi və dövlət idarəçiliyinin səmərəliliyinin artırılması sahələrində 4 layihə üçün 450 milyon dollar kredit ayıra bilər.