Çin və ABŞ yenidən danışıqlara başlayır
30.07.2019
Bu gün iki aylıq fasilədən sonra Çin və ABŞ yenidən ikitərəfli ticarət məsələləri üzrə danışıqları bərpa edəcək.
Bu barədə Çinin "Xinhua” agentliyi məlumat yayıb.
"İkinci gün Şanxayda Çin və ABŞ nümayəndələri gərgin ticarət əlaqələrini yaxşılaşdırmaq məqsədilə müşavirələrə başlayacaqlar”, - məlumatda deyilir.
Qeyd edək ki, iki ölkə arasında danışıqların bərpası haqda razılaşma Çin Kommunist Partiyasının sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında bu ilin iyununda Yaponiyanın Osaka şəhərində G20 sammitinda əldə olunub. /apa/