Moskvadan şok ittiham: Əlimizdə faktlar var
13.04.2018
Moskvanın əlində Suriyanın Duma şəhərində ehtimal olunan kimyəvi silah tətbiqinin növbəti tamaşa və bu tamaşada rusofobiya kampaniyasının ön cərgələrində dayanan bir ölkənin xüsusi xidmət orqanlarının əli olması barədə təkzibedilməz faktlar var.
"Dövran Media" xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.
XİN rəhbəri Suriyaya Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının ekspertlərinin getməsini xatırladaraq bildirib:
"Məncə, onlar Dəməşqə sabah səhər saatlarında çatacaqlar. Ümid edirik ki, gecikmədən, kimyəvi silah, xlor və ya başqa bir şeyin tətibiqinə dair heç nə olmayan, bizim əraziyə baxış keçirən ekspertlərimizin heç nə tapmadığı Dumaya yola düşəcəklər”, -Lavrov qeyd edib.