Bu gün "Qarabağ"ın rəqibi müəyyənləşəcək
30.07.2019
Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.
"Qarabağ" İrlandiyanın "Dundalk" komandasını mübarizədən kənarlaşdıracağı təqdirdə APOEL (Kipr) - "Sutyeska" (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq. Bu kollektivlər arasındakı ilk oyunda kiprlilər səfərdə 1:0 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, "Qarabağ" və "Dundalk" arasında cavab görüşü iyulun 31-də "Dalğa Arena"da keçiriləcək. İrlandiyadakı görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb.
Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları
21:00. APOEL (Kipr) - "Sutyeska" (Monteneqro)
İlk oyun - 1:0
21:00. "Nımme Kalyu" (Estoniya) - "Seltik" (Şotlandiya)
İlk oyun - 0:5
21:00. "Makkabi" (Təl-Əviv, İsrail) - ÇFR (Rumıniya)
İlk oyun - 0:1
ƏTRAFLI
Pegasus
22:00. "Bazel" (İsveçrə) - PSV (Hollandiya)
İlk oyun - 2:3
22:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Saburtalo" (Gürcüstan)
İlk oyun - 2:0
22:00. "Valletta" (Malta) - "Ferentsvaroş" (Macarıstan)
İlk oyun - 1:3
"Olimpiakos" (Yunanıstan) - "Viktoriya" (Çexiya)
İlk oyun - 0:0