Rusiyada “Telegram” bağlandı
13.04.2018
Moskvanın Taqansk məhkəməsi Federal Təhlükəsizlik Xidmətinə istifadəçilərin ismarıclarını oxumağa imkan verən şifrələmə açarlarını təqdim etmədiyi üçün Rusiyada "Telegram” mesencerini bağlayıb.
"Dövran Media" "Mediazona”ya istinadən məlumatına görə, mesencerə giriş FTX-yə müvafiq açarlar verilənə qədər bağlı olacaq.
Tətbiqin ixtiraçısı Pavel Durovun göstərişi ilə "Telegram” nümayəndələri məhkəmədə iştirak etməyiblər.