16 04 2025-cu il Bakı 11 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Çin hərbi təlimlərə başlayır

29.07.2019

Bu həftə Çin Tayvana yaxın sularda hərbi təlimlərə başlayacaq.
Bu barədə Çinin dəniz təhlükəsizliyi agentliyi məlumat yayıb.
Agentlik təlimlərin başlayacağı gün barədə dəqiq məlumat verməsə də, bildirilib ki, Tayvanın qərbindəki Çinin Quanqdonq və Fujian əyalətlərinin sahilləri və həmçinin Tayvanın şimal şərqində yerləşən Çjetsyan əyalətinin sahilləri hərbi təlimlərə görə qapadılıb.
Qeyd edək ki, rəsmi Pekin ötən həftə yaydığı açıqlamada bildirib ki, Tayvanın Çindən ayrılması istiqamətində hər hansı addım atanlara qarşı müharibə aparmağa hazırdır.
Tayvan Müdafiə Nazirliyi Çinin hərbi təlimləri ilə bağlı bəyanatında bildirib ki, onlar vəziyyəti yaxından izləyirlər.
"Milli ordumuz müdafiə qabiliyyətini gücləndirməyə davam edir və ordu xalqın milli təhlükəsizliyini müdafiə etmək iqtidarındadır”, - deyə Müdafiə Nazirliyinin bəyanatında qeyd edilib.
Xatırladaq ki, Tayvan may ayında genişmiqyaslı hərbi təlimlər keçirib.