21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ruhanidən Britaniyaya sərt mesaj: Faydası olmayacaq

28.07.2019

İran İslam Respublikası Oman körfəzi, Fars körfəzi və Hörmüz boğazının beynəlxalq dənizçilik üçün etibarlı və təhlükəsiz yol olmasına çalışır.
Trend-in məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani Omanın Xarici İşlər naziri Yusif Bin Ələvi ilə görüşdə deyib.
H.Ruhaninin sözlərinə görə, regionda xarici qüvvələrin iştirakı təhlükəsizliyə kömək etməyəcək. O bildirib ki, xarici qüvvələrin iştirakı bölgədə gərginliyin əsas səbəbidir:
"Böyük Britaniyanın İrana məxsus neft tankerini Cəbəllütariq boğazında saxlaması qeyr-qanunidir və Britaniya üçün heç bir faydası olmayacaq”.