Prezident İlham Əliyev perulu həmkarını təbrik edib
27.07.2019
Azərbaycan Prezidenti İlham Əliyev Peru Respublikasının Prezidenti Martin Vizkarra Kornexoya təbrik məktubu ünvanlayıb.
Məktubun mətnini təqdim edir:
"Hörmətli cənab Prezident,
Peru Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.
Ümidvaram ki, ölkələrimiz arasında ikitərəfli əlaqələr dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə və xalqınıza ən xoş arzularımı yetirirəm”.