ABŞ-ın Suriyada vuracağı - 8 HƏDƏF
13.04.2018
ABŞ prezidenti Donald Tramp milli təhlükəsizliklə bağlı keçirdiyi xüsusi iclas zamanı Suriyada vurulacaq 8 əsas hədəfi müəyyən edib.
"Dövran Media" xəbər verir ki, bu barədə adı açıqlanmayan mənbə məlumat verib. Məlumatda bildirilir ki, həmin 8 hədəf arasında 2 aerodrom, tədqiqat mərkəzi və kimyəvi silahın istehsal olunduğu müəssisələr var.
Qeyd olunur ki, Suriya hökuməti arsenalındakı hərbi texnikanı, xüsusən təyyarələri Rusiyaya məxsus bazalara yerləşdirib. Onlar hesab edir ki, suriyalılar rusların bazalarına hava zərbəsi endirməyəcək.