Yaxşı oxuyanların sayı kəskin azalır - Ballar aşağı düşəcək
27.07.2019
Builki qəbul imtahanlarından 400 baldan yüksək nəticə göstərənlərin sayı ötənilki göstəricilərdən aşağıdır.
Bu fikirləri təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, bu, II və III qrup üzrə keçid ballarının aşağı düşəcəyini deməyə imkan yaradır.
Ekspert hər iki ilin nəticələrini də müqayisə edib.
Belə ki, II ixtisas qrupu üzrə bu il 650-dən çox bal toplayan abituriyentlərin sayı 69 nəfər (2018-ci ildə 182 nəfər), 600-dən çox bal toplayan abituriyentlərin sayı 404 nəfər ( 2018-ci ildə 554 nəfər), 500-dən çox bal toplayan abituriyentlərin sayı 1581 nəfər (2018-ci ildə 1702 nəfər), 400-dən çox bal toplayan abituriyentlərin sayı isə 3310 nəfərdir (2018-ci ildə 3411 nəfər).
III ixtisas qrupu üzrə 650-dən çox bal toplayan abituriyentlərin sayı 93 nəfər (2018-ci ildə 300 nəfər), 600-dən çox bal toplayan abituriyentlərin sayı 605 nəfər ( 2018-ci ildə 950 nəfər), 500-dən çox bal toplayan abituriyentlərin sayı 2874 nəfər ( 2018-ci ildə 2822 nəfər), 400-ən çox bal toplayan abituriyentlərin sayı isə 6320 nəfərdir ( 2018-ci ildə 5193 nəfər).