ABŞ F-35-ləri satmasa, Türkiyə tədbir görəcək
26.07.2019
ABŞ F-35-ləri satmaqdan imtina edəcəyi halda Türkiyə tədbir görəcək, bu cür texnikanı başqa yerdə axtaracağıq.
Xəbər verildiyi kimi, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan danışıb.
"Bizə F-35 vermirsiniz? O zaman bizdən inciməyin! Biz bu barədə tədbir görərik, başqa yerlərdə imkan axtararıq”, - Ərdoğan bildirib.
Qeyd edək ki, ABŞ "Patriot”ları satmadığı üçün Türkiyə Rusiyadan S-400 almağa məcbur olmuşdu.