Britaniya Rusiyadan üzr istədi
13.04.2018
Britaniyanın Uçuş Təhlükəsizliyi Mərkəzi "Aeroflot”a məxsus təyyarənin göyərtəsində axtarış aparılmasının səbəblərini açıqlayıb.
"Dövran Media" xəbər verir ki, bu barədə Rusiyanın Nəqliyyat naziri Maksim Sokolov deyib. Nazir mərkəzin "Aeroflot”dan martın 30-da aparılan axtarışa görə üzr istədini də qeyd edib.
Qeyd edək ki, martın 30-da Londondan Moskvaya səfərə hazırlaşan "Aeroflot” hava yollarına məxsus təyyarənin göyərtəsində xüsusi-xidmət orqanları axtarış aparılıb. Axtarışın ekipaj üzvlərinin iştirakı olmadan və heç bir sənəd təqdim edilmədən aparılması qarşıdurma yaradıb. Yalnız Rusiya səfirliyinin nümayəndəsinin hadisə yerinə gəlməsindən sonra təyyarə komandirinin axtarışda iştirakına icazə verilib.