İlin “Milli Kino Mükafatı” sahibləri məlum oldu
26.07.2019
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2019-cu ilin "Milli Kino Mükafatı” sahiblərinin adını açıqlayıb.
İttifaqın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, qurumun ən böyük mükafatı Azərbaycan və sovet kinematoqrafiyasına verdiyi töhfələrə görə Xalq Artisti, kinodramaturq Ramiz Fətəliyevə verilib.
Həmçinin 75 illik yubileyi və milli kinonun inkişafına verdiyi töhfələrə görə Xalq artisti, kinodramaturq Mahmudov Əbduləhəd Əlisa oğlu (Şeyx Əbdül) bu mükafata layiq görülüb.
Mükafatlar 2 avqust - Milli Kino Günündə Nizami Kino Mərkəzində sahiblərinə təqdim olunacaq.